Sosial Biznes – Kasıbların Biznesi

Halhazırda ümumiləşdirilmiş 2 növ biznes var; Kommersial BiznesQeyri-Kommersial Biznes. Kommersial biznesin əsas marağı gəlir əldə etmək, Qeyri-Kommersial biznesin marağı isə dövlət maaliyyəsi hesabına sosial təşəbbüslərdə bulunmaqdır. Baxmayaraq ki bu iki biznes növü müvəfəqiyyətlidir, hər ikisinin ortasında bir boşluq var: Inteqrasiya. Sosial Biznes bu inteqrasiya faktorunu da biznesə daxil edərək boşluğu doldurur.  Nədir Sosial Biznes?

Sosial Biznes qeyri-dividend bir orqanizasiyanın faəliyyətidir. Bu orqanizasiyanın əsas strukturunda yalnızca qoyulan sərmayənin geri qaytarılması prinsipi dayanır. Yəni, investor`un qoyduğu sərmayə tam geriyə qaytarıldıqdan (kommersial biznes) sonra gələn gəlirlər artıq şirkətin özünə yenidən sərmayə edilir. Bu isə orqanizasiyanın qeyri-kommersial biznesdən fərqli olduğunu tam şəkildə göstərir.

 

Sosial Biznes ideası 2006`cı ildə Nobel Sülh Mükafatı almış Muhammad Yunus tərəfindən irəli sürülmüşdür. O bu ideyanı yuxarıda qeyd edilmiş şəkildə qeyd etmişdir.  Digər müəlliflərin Sosial Biznes ideyasına qatqılarını araşdırdıqdan sonra mən başqa bir idea düşündüm və onu paylaşmaq istəyirəm.


Baxmayaraq ki statistikaya əsasən Azərbaycanda yoxsulluq səviyyəsi 7-8% arasındadır, gördüyümüz mənzərə bizə yenə də xoş gəlmir. Mütləq yoxsulluğun azalması əhalinin rifahının yüksəlməsi demək deyildir. Biz burada nisbi yoxsulluğu nəzərə almalıyıq. Ərzaq qiymətləri, işsizlik, işçi maaşı, təqaüd, nəqliyyat, səhiyyə istifadəsinin qiymətləri kimi faktorlar nəzərə alınıb əhalinin yoxsul olub-olmadığını təyin etmək lazımdır.  Bu məsələnin düşündüyüm idea`ya təsiri çox da böyük deyil, lakin idea`nın hədəfindəki istifadəçilər yoxsullardır…

Tehsil

 

[box type=”success” align=”aligncenter” class=”” width=””]

[tie_list type=”lightbulb”]

  • Rayon və kəndlərdə yeni bizneslər açılır. Bu bizneslər sosial inkişaf və ətraf-mühitə aid bir biznes olmalıdır. İnvestor`lar öz sərmayələrini qoyurlar.
  • İşçilər həmin ərazidə yaşayan yoxsul təbəqələrdən seçilir və onların iş bacarıqlarını mükəmməlləşdirmək üçün təlimlər keçirilir.
  • Biznes işlədikcə investor`ların sərmayələri geri ödənilir. Qoyduqları sərmayə tam ödənildikdən sonra artıq bütün gəlirlər yenidən dövriyyəyə buraxılır.
  • İkinci bir variantda isə gələn gəlirin müəyyən hissəsi işçilərə dividend olaraq paylanır, bu isə onları daha səmərəli işləməyə şövq edir.

[/tie_list]

[/box]

 

[product id=”860″]